Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb
Türkiyədə 2009-cu ildən fəaliyyətə başlayan yüksəksürətli qatarlardan (YHT) indiyədək 86 milyon 100 min sərnişin istifadə edib ki, bu da ölkənin ümumi əhali sayından çoxdur.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Bu qatarlardan gündəlik istifadə edən sərnişin sayının 34-40 min arasında dəyişdiyini qeyd edən nazir ölkənin dəmir yolu şəbəkəsinə qoyulan investisiyaların nə qədər əhəmiyyətli olduğuna diqqət çəkib. O bildirib ki, qeyd olunan nəqliyyat vasitəsi indiyədək 80 milyon 291 min kilometr məsafəni qət edib və bu rəqəm dünya ətrafında təxminən 2003 dəfə dövr etməyə bərabərdir.
Nazir deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində qoyulan investisiyalar nəticəsində Türkiyə sürətli qatar şəbəkəsinə sahib ölkələr arasında Avropa üzrə altıncı, dünyada isə səkkizinci sıradadır. Hazırda ölkənin dəmir yolu şəbəkəsinin uzunluğu 13 min 919, sürətli qatar şəbəkəsinin uzunluğu isə 2 min 256 kilometrə çatıb. Türkiyənin “Nəqliyyat və Logistika Əsas Planı” hədəfinə uyğun olaraq, ölkədə dəmir yolu şəbəkəsinin 28 min kilometrə çatdırılması nəzərdə tutulur.
Qeyd edilib ki, İnkişaf Yolu Layihəsi, Zəngəzur Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Marmaray, eləcə də Yüksəksürətli Qatar və Yavuz Sultan Səlim körpüsünün üzərində inşa olunacaq dəmir yolu xətti kimi layihələr Türkiyənin relsli sistemlərlə bağlı gələcəyə baxışının ən gözəl nümunələridir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...