Türkiyədə torpaq sürüşməsinin baş verdiyi mədənin lisenziyası ləğv edilib
Türkiyənin Ətraf Mühit Nazirliyi fevralın 13-də ölkənin şərqindəki Ərzincan vilayətində torpaq sürüşməsi nəticəsində 9 mədənçinin öldüyü qızıl mədəninin ekoloji sertifikatını və lisenziyasını ləğv edib.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar daha əvvəl bildirmişdi ki, mədən 2023-cü ilin sonunda yoxlanılıb və faciəyə səbəb ola biləcək heç bir ilkin şərt aşkar edilməyib.
Şənbə günü nazir jurnalistlərə bildirib ki, fövqəladə vəziyyət zonasında axtarış-xilasetmə işləri davam edir. Səlahiyyətlilər hər gün ekoloji ölçmələr aparır və bu günə kimi ətraf mühitin və suyun çirklənməsi müşahidə edilməyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...