Türkiyədə torpaq sürüşməsi kəndi iki yerə bölüb
Tokatın Niksar rayonunun Günəbaxan kəndində baş verən torpaq sürüşməsi kəndi iki yerə bölüb. Torpaq sürüşməsi nəticəsində 150 evin məhəlləsində piyada və avtomobil yolu tamamilə bağlanıb.
Kənd sakinləri özlərinə açdıqları təhlükəli cığırdan istifadə edərək piyadaların daşınmasını təmin edirlər. Tokat bölgəsinin Xüsusi İdarəsi qrupları kənd üzərindən keçən quru yolunda genişləndirmə və torpaqlama işlərini davam etdirir. 7 kilometrlik yolda abadlıq işləri sürətlə davam etdirilir. Lakin kəndin o biri tərəfinə getmək istəyən vətəndaşlar avtomobillə 20 dəqiqəlik çətin yol qət etməli olurlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...