Türkiyədə terrorçularla əlaqədə şübhəli bilinən 176 nəfər saxlanılıb
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “GÜRZ-20” genişmiqyaslı antiterror əməliyyatının keçirildiyini və bu tədbir çərçivəsində terror fəaliyyətində iştirakda şübhəli bilinən 176 nəfərin saxlanıldığını açıqlayıb.
Fhnews.az xəbər verir ki, həbslər Türkiyənin 31 vilayətində, o cümlədən Ankara, Bursa, Antalya, İstanbul və İzmirdə həyata keçirilib.
Saxlanılan şəxslərdən silah, narkotik vasitə və qadağan olunmuş ədəbiyyat götürülüb.
Nazirin sözlərinə görə, saxlanılan şəxslər PKK qanlı təşkilatının maliyyələşdirilməsində iştirak edib, həmçinin terror ideologiyasının təbliğatı ilə məşğul olub, icazəsiz aksiyalara qatılıblar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...