22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyədə təşkil edilən beynəlxalq düşərgənin bağlanış mərasimi keçirilib

13-07-2024
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun və Türk Dünyası Bələdiyyələr Birliyinin təşkilatçılığı, Pendik bələdiyyəsinin dəstəyi ilə Türkiyədə təşkil edilən beynəlxalq düşərgənin bağlanış mərasimi keçirilib.

Fhnews.az xəbər verir ki, Gənclər Fondundan verilən məlumata görə, Pendik gənclik düşərgəsində təşkil olunan bağlanış mərasimində Fondun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Pendik bələdiyyə rəhbərinin müavini Atakan Yüce çıxış ediblər. Onlar Azərbaycan və Türkiyə liderlərinin həyata keçirdikləri siyasət xəttə uyğun olaraq iki ölkə arasında qurulan sıx əlaqələrin gənclər sahəsinə də töhfə verdiyini və bu səbəbdən də həyata keçirilən layihələrin sayının artdığını xüsusi vurğulayıblar.

Pendik əyalətində təşkil edilən düşərgədə xüsusi fəallığı ilə seçilən 30 gənc iki ölkənin tarixini, milli-mənəvi dəyərlərini aşılayan müxtəlif tematik təlimlərdə, İstanbulda yerləşən tarixi-mədəni abidələrin ziyarətində iştirak edərək, türk gənclərlə yaxın dostluq və qardaşlıq əlaqələri qurmağa müvəffəq olub.

Qeyd edək ki, Pendik əyalətində təşkil olunan düşərgə Azərbaycan Respublikasının Gənclər Fondunun Türkiyədə həyata keçirdiyi növbəti beynəlxalq düşərgədir. İki ölkənin gəncləri arasında şəbəkələşməni və qardaşlıq əlaqələrini daha da artırmaq məqsədilə türkiyəli gənclərin də ölkəmizə səfəri nəzərdə tutulub.

Paylaş: