Türkiyədə son 53 ilin ən isti noyabr ayı qeydə alınıb
Bu il Türkiyədə son 53 ilin ən isti noyabr ayı qeydə alınıb.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bildirib.
Qeyd edilib ki, 2023-cü ilin noyabr ayında Türkiyə üzrə orta temperatur 12,5 dərəcə olaraq ölçülüb. Bu da ayın hava temperaturunun normadan 3,2 dərəcə artdığını göstərir.
Nazir noyabrda ən aşağı temperaturun mənfi 15,3 dərəcə olaraq Ərzurumda, ən yüksək temperaturun isə 32,9 dərəcə ilə Salihlidə qeydə alındığını deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...