22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyədə normadan yüksək olan temperaturun daha da artacağı proqnozlaşdırılır

18-07-2024
IMG

Son vaxtlar Türkiyə ərazisində havanın mövsümün normasından yüksək olan temperaturunun artmaqda davam edəcəyi proqnozlaşdırılır.

Fhnews.az xəbər verir ki, hidrometeoroloqların hesablamalarına görə, qarşıdan gələn bir həftə ərzində ölkənin əksər bölgələrində havanın temperaturu normadan 3-8 dərəcə yüksək olacaq. Mütəxəssislər xüsusilə Mərmərə, Egey, Aralıq dənizləri və Qara dənizin sahilyanı ərazilərində temperaturun 4-8, İç Anadolu və Cənub-Şərqi Anadolu bölgələrində isə 3-5 dərəcə yüksələcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Bəzi vilayətlərdə isə temperaturun 45 dərəcəyədək artacağı gözlənilir.

Paylaş: