Türkiyədə müdafiə sənayesi müəssisəsində terror aktından sonra hava limanlarında narıncı xəbərdarlıq edilib
Dünən Ankaranın Kahramankazan rayonunda TAI şəhərciyində törədilən terror aktından sonra bütün Türkiyə ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
Terror təşkilatlarının hava limanlarına qarşı hücum planları ilə bağlı hava limanlarında ehtiyat tədbirləri narıncı həyəcan səviyyəsinə yüksəldilib.
Qərardan sonra Sabiha Gökçen və İstanbul hava limanının giriş-çıxışında ehtiyat tədbirləri gücləndirilib.Hava limanlarına daxil olan və çıxan avtomobillərdə axtarış aparılır, sərnişinlərin şəxsiyyəti yoxlanılır.
Sabiha Gökçen Hava Limanından təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı verilən açıqlamada deyilib ki, vaxt itkisinə yol verməmək üçün sərnişinlərin uçuşlardan ən az üç saat əvvəl terminala gəlmələri tövsiyə olunur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...