Türkiyədə meşə yanğınları ilə mübarizəyə 105 helikopter, 26 təyyarə və 14 PUA cəlb edilib
Türkiyədə meşə yanğınları ilə mübarizəyə 105 helikopter, 26 təyyarə və 14 pilotsuz uçuş aparatı cəlb olunub.
Fhnews.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.
Onun sözlərinə görə, ölkə meşələrində vəziyyətin monitorinqi üçün 776 müşahidə məntəqəsindən istifadə olunur. “Yanğınların söndürülməsinə 15,5 min canlı qüvvə cəlb olunub. Yanğınsöndürmə xidmətinin əməkdaşları, 4 min texniki heyət, o cümlədən 122 min könüllü ərazilərdə işləyir”, -deyə Yumaklı bildirib.
Nazir xatırladıb ki, 2020-ci ildə Türkiyə meşələrdəki vəziyyətə nəzarət etmək üçün PUA-lardan istifadə etməyə başlayan dünyada ikinci, Avropada isə birinci ölkə olub. O əlavə edib: “Yanğın ocaqlarını tez bir zamanda müəyyən etmək üçün dronlardan istifadə edirik”.
Yumaklı meşələrin və onlara bitişik yolların zibil və tezalışan tullantılardan təmizlənməsini nəzərdə tutan “Mənim meşəm” kampaniyasının əhəmiyyətinə də diqqət çəkib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...