Türkiyədə Mərmərə dənizində gəmi batıb, altı nəfər itkin düşüb
Mərmərə adasından dolomit daşı yükləyən 53 yaşlı “Batuhan A.” gəmisi İmralı adası sahillərində dalğalara tab gətirə bilməyib batıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, gəminin sahibi ilə birlikdə altı dənizçi itkin düşüb.
Murat Altıntaşa məxsus “Batuhan A.” gəmisi Mərmərə adasından götürdüyü yükü mütəmadi olaraq Gəmlik limanına daşıyırmış. İddiaya görə, 53 illik 900 tonluq gəmiyə 1150 ton yüklənibmiş.
Hazırda axtarış-xilasetmə tədbirləri görülür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...