22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyədə “Kosmos Qanunu”nun hazırlanmasına başlanılıb

25-01-2024

Ölkənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır Türkiyə Kosmik Agentliyinin işlərini daha güclü şəkildə həyata keçirməsinə imkan verəcək 'Kosmos Qanunu' üçün hazırlıqlara başlanıldığını söyləyib.

Nazir "Kosmos Qanununu Məclisə gətirmək istəyirik, bir layihəmiz var. Türk Kosmik Agentliyinin işini güclü şəkildə həyata keçirməsinə imkan verəcək bir layihə hazırladıq və sürətləndirəcəyik"-deyib.

Layihədə daha çox Türkiyə Kosmos Agentliyinə uzunmüddətli layihələrə başlamaq imkanı verəcək qaydaların yer alacağını bildirən Kacır daha sonra Ankarada Kosmik Texnologiyaların İnkişafı Bölgəsi quracaqlarını qeyd edib.

Paylaş: