Türkiyədə “EFES-2024” hərbi təlimləri davam edir
Türkiyənin İzmir əyalətinin Doğanbey rayonunda “EFES-2024” çoxmillətli hərbi təlimləri davam edir.
Fhnews.az xəbər verir ki, dünyanın 49 ölkəsindən 11 mindən çox hərbçinin iştirak etdiyi təlimlərin məqsədi birgə əməliyyatlar çərçivəsində müxtəlif qoşun növlərinin hərəkətlərinin maksimum uzlaşmasını təmin etməkdən və təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
İki ildən bir keçirilən genişmiqyaslı təlimlərdə Quru Qüvvələri, həmçinin Hərbi Dəniz Qüvvələri (HDQ) və Hərbi Hava Qüvvələri (HHQ) iştirak edir. Təlimlər çərçivəsində birgə əməliyyatların müxtəlif ssenariləri, planlaşdırma, əməliyyatlar zonasında hərəkətlərin aparılması və əlaqələndirilməsi taktikaları işlənib hazırlanır.
Şərti düşmənin hədəflərinə həm artilleriya, həm də aviasiya, o cümlədən pilotsuz uçan aparatlardan (PUA) atəş açılır. Xüsusi təyinatlı qüvvələr müəyyən əraziyə enir, pilotsuz yerüstü və sualtı aparatların məhv edilməsi, ərazinin minalardan təmizlənməsi və dəniz piyadalarının enməsi əməliyyatları həyata keçirilir.
Mayın 30-dək davam edəcək təlimlərdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin “TCG Anadolu” flaqmanı da iştirak edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...