Türkiyədə kibertəhlükəsizlik sahəsində “ulduzlar” müəyyən ediləcək
Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi (BTK) kibertəhlükəsizlik sahəsində “ulduzları” aşkar etmək məqsədilə növbəti müsabiqə elan edib.
Fhnews.az Türkiyənin Nəqliyyat və Kommunikasiyalar Nazirliyinə istinadla xəbər verir ki, kibertəhlükəsizlik sahəsində onlayn müsabiqəyə müraciətlər martın 8-dək www.siberyildiz.com saytında qəbul edilir.
Martın 8-i axşam saatlarında start götürəcək müsabiqədə heç bir yaş və təhsil məhdudiyyəti olmadan dünyanın istənilən ölkəsindən mütəxəssislər iştirak edə bilər. Bu halda həm fərdi, həm də 4 istifadəçidən ibarət komandaların iştirakına icazə verilir.
Əvvəlki illərdə keçirilmiş BTK müsabiqələrində orta hesabla 20 mindən çox ekspert iştirak edirdi və bu il təşkilatçılar rekord sayda müraciət gözləyirlər.
Müsabiqənin nəticələrinə görə TOP-100-ə daxil olan mütəxəssislərdən bəziləri Türkiyənin Milli Kiber İnsidentlərə Müdaxilə Mərkəzində (USOM) işləmək imkanı əldə edəcəklər.
USOM-un missiyasının məqsədi kibertəhlükələrin qarşısını almaq, o cümlədən Türkiyənin dövlət qurumlarının 24/7 informasiya təhlükəsizliyini təmin etməkdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...