Türkiyədə iqlim dəyişmələri nəticəsində sel axınının artması ilə bağlı Tədbirlər Planı hazırlanıb
Türkiyə Meşə Təsərrüfatı Baş Müdirliyi sellərdən dəyən zərərin minimuma endirilməsi üçün Tədbirlər Planı hazırlayıb və potensial təbii fəlakət riski olan 192 zonanı müəyyənləşdirib.
Fhnews.az xəbər verir ki, Tədbirlər Planı iqlim dəyişmələrinin nəticələrinin səbəb olduğu sel sularının artması ilə əlaqədar hazırlanıb.
İşlər ölkənin 30 vilayətinin ərazisini əhatə edəcək ki, burada ümumi sahəsi 240 min hektardan çox olan ərazidə ağac əkməklə yanaşı, baryerlər tikiləcək və torpağın eroziyasına qarşı mübarizə tədbirləri həyata keçiriləcək.
Ən böyük iş həcminin Kayseri, Ankara, Giresun, Trabzon və Amasya vilayətlərində aparılması planlaşdırılır.
Tədbirlər Planının icrasına artıq bu il başlanması nəzərdə tutulub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...