Türkiyədə iki fransız məktəbinə şagird qəbuluna rəsmi qadağa qoyulub
Türkiyənin Milli Təhsil Nazirliyi şənbə günü, avqustun 10-da Şarl de Qoll (İstanbul) və Pyer Loti (Ankara) adına fransız liseylərinə Türkiyə vətəndaşlarının qəbuluna rəsmi qadağa qoyulduğunu elan edib.
Fhnews.az qardaş ölkənin Milli Təhsil Nazirliyinə istinadla xəbər verir ki, qadağa bu təhsil müəssisələrinin hüquqi statusunu müəyyən edən beynəlxalq müqavilə bağlanana qədər qüvvədə qalacaq. Nazirlik bəyan edib: “2024-cü il yanvarın 1-dən bu təhsil müəssisələrinin ibtidai siniflərinə şagird qəbulu qadağandır. Yeni tələbələrin müxtəlif siniflərə köçürülməsinə də icazə verilmir”.
Məlumatda Türkiyədə təhsil prosesinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təşkil edildiyi və Təhsil Nazirliyi tərəfindən tədris prosesinin monitorinqini nəzərdə tutulduğu vurğulanıb.
Açıqlamada Türkiyədə dünyanın bir çox ölkələrinə nümunə olan təhsilin yüksək keyfiyyəti qeyd olunur: “Beynəlxalq müqavilələrə uyğun olaraq, ölkəmizdə ümumilikdə 328 milli azlıqların özəl məktəbi və əcnəbilər tərəfindən açılmış təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə tədris prosesinə dövlət tərəfindən hər cür dəstək verilir”.
Ankara ilə Paris arasında təhsil sahəsində danışıqlara başlanmasının Fransadakı türk diasporunun nümayəndələri üçün ana dilində məktəblərin fəaliyyət göstərməsinə yol açacağı vurğulanır.
Bundan əvvəl rəsmi Paris Türkiyənin Fransada türk məktəblərinin açılması ilə bağlı müraciətini rədd etmişdi.
Türkiyənin təhsil naziri Yusuf Tekin ölkədəki 12 xarici məktəbin fəaliyyətinin Türkiyə qanunvericiliyinə uyğun olmadığını da bəyan edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...