22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyədə fəlakət zonasının bərpasına 110 min işçi cəlb olunub
 

24-02-2024

Türkiyənin 2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkmiş əyalətlərinin bərpasına bu günə qədər 110 min işçi cəlb olunub.

Fhnews.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki məlumat verib. Onun sözlərinə görə, fəlakət zonası üzrə işlər 11 əyalətdə 950 müxtəlif tikinti sahəsində davam edir.

Özhaseki xatırladıb ki, 2023-cü il fevralın 6-da baş verən iki zəlzələ nəticəsində ümumilikdə 14 milyon Türkiyə vətəndaşı zərər çəkib. Fəlakət zonasında tez bir zamanda 1 milyon çadır və 215 min modul tipli ev quraşdırılıb. Ən azı 349 min ailə kirayə və digər ehtiyaclar üçün dövlətdən yardım alıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl təbii fəlakət zonasında yaxın iki ay ərzində 75 min mənzilin istifadəyə veriləcəyini, ilin sonuna qədər isə bu rəqəmin 200 minə çatacağını bildirmişdi.

Üstəlik, təkcə fevralın ilk on günündə təbii fəlakət zonasının sakinləri 45 910 evdə yerləşən mənzillərin açarlarını alıblar.

Paylaş: