Türkiyədə dörd mindən çox qanunsuz miqrant saxlanılıb
Türkiyədə qanunsuz miqrasiyaya qarşı növbəti “Qalxan-4” əməliyyatı keçirilib.
Fhnews.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Məlumata əsasən, ölkənin 37 vilayətində keçirilən əməliyyat zamanı 4 min 568 qanunsuz miqrant saxlanılıb.
Polis və jandarma əməkdaşları tərəfindən 126 müxtəlif nöqtədə aparılan əməliyyatın gedişində insan qaçaqçılığı ilə məşğul olmaqda şübhəli bilinən 192 nəfər nəzarətə alınıb. Artıq onlardan 41-i barəsində həbs qərarı çıxarılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...