Türkiyədə birgünlük matəm elan edilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin həlak olması ilə bağlı ölkədə birgünlük matəm elan edib.
Fhnews.az xəbər verir ki, bu barədə Ərdoğan sosial şəbəkədə paylaşım edib.
“Fələstin münaqişəsinə dəstəyimizi göstərmək məqsədilə avqustun 2-də birgünlük milli matəm elan edirik”, - deyə Türkiyə lideri bildirib.
Prezident Ərdoğan paylaşımına milli matəmlə bağlı imzaladığı fərmanın surətini də əlavə edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...