22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyədə 8-ci Zəfəran Festivalı keçiriləcək

17-10-2024
IMG

Oktyabrın  25-dən 27-dək Karabükün Safranbolu rayonunda “8-ci Zəfəran Festivalı” keçiriləcək.

Bildiyimiz kimi, zəfəran dünyanın ən bahalı bitkisidir. Bunun da səbəbləri var. Beləki  orta hesabla 150 min çiçəkdən cəmi 1 kiloqram alındığı üçün dünya bazarında dəyərinə görə qızılla yarışan zəfəran hazırda kosmetika, qida və əczaçılıq sənayesi kimi sektorlarda geniş istifadə edilir. 

Bu səbəbdən Safranbolu festivalı da əhəmiyyətli olacaq. Panellər, təqdimatlar, sərgilər, zəfəran istehsal sahələrinə turlar və zəfəran yığımı kimi tədbirlərin keçiriləcəyi festival oktyabrın 27-də başa çatacaq.

Hər il avqust ayında becərilən, oktyabr və noyabr aylarında bənövşəyi və ətirli çiçəkləri  açan, 98 dekar sahədə 44 fermer tərəfindən yetişdirilən zəfəranla festival çərçivəsində yemək yarışması keçiriləcək. 

Qeyd edək ki, Safranbolu təkcə Türkiyədə deyil, bütün dünyada mühüm mədəni və tarixi irsə sahibdir. 

UNESCO-nun Dünya İrs Siyahısına daxil olan və "Cittaslow" (yavaş şəhər) üzvü olan Safranbolunun tarixi evləri, küçələri və mədəni dəyərləri ilə qorunub yaşatılması lazım olan əhəmiyyətli bir şəhərdir.

Paylaş: