22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyədə 2100-cü ildə əhali sayının azalacağı təxmin edilir

30-07-2024
IMG

2100-cü ildə Türkiyə əhalisinin sayının 77 milyondan aşağı düşəcəyi təxmin edilir.

Fhnews.az xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) hesablamalarına görə, bu ehtimal ötən il qurum tərəfindən Ünvan Əsaslı Əhali Qeydiyyat Sisteminin nəticələrinə uyğun olaraq, ölkədə doğum, ölüm və miqrasiyaya bağlı demoqrafik vəziyyətə əsasən hesablanıb.

Göstəricilərə əsasən, mövcud vəziyyətin davam edəcəyi təqdirdə 2023-cü ildə 85 milyon 372 min 377 nəfər olan Türkiyə əhalisinin sayının 2030-cu ildə 88 milyon 188 min 221, 2050-ci ildə isə 93 milyon 774 min 618 nəfərə çatması gözlənilir. Lakin 2050-ci illərin ortalarına qədər artması gözlənilən əhali sayının sonradan tədricən azalaraq 2100-cü ildə 77 milyondan aşağı düşəcəyi təxmin edilir.

Müxtəlif ehtimallara əsasən, aparılan hesablama onu göstərir ki, ölkə üzrə doğuş göstəricilərindən asılı olaraq 2100-cü ildə əhali sayı ən az 55 milyondan aşağı, ən çox isə 100 milyondan yüksək ola bilər.

Mütəxəssislər bunu son illər ailədə uşaq sayının kəskin azalması ilə izah edirlər.

Paylaş: