22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyədə 2 dəfə zəlzələ olub

04-08-2024
IMG

Türkiyədə 2 dəfə zəlzələ olub.

Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, 3,9 maqnitudada birinci zəlzələ Bolu vilayətində yerli vaxtla saat 7:31-də qeydə alınıb. Zəlzələnin episentri Məscicele kəndində, ocağı 6 kilometr dərinlikdə yerləşib. Bundan bir neçə dəqiqə sonra Çukurren kəndinin mərkəzində 3,1 maqnitudada afterşok olub.

Zəlzələ hiss edilib.

AFAD Akdenizdə 3,9 maqnitudada daha bir zəlzələnin olduğunu xəbər verib. Təbii hadisə yerli vaxtla saat 06:25-də baş verib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Paylaş: