Türkiyə yüksək texnologiya mərkəzi olacaq
Türkiyəni inkişaf etməkdə olan texnologiya sahələrində qlobal mərkəzə çevirməyi hədəfləyən "HİT-30: Yüksək Texnologiya İnvestisiya Proqramı" iyulun 26-da təqdim ediləcək.
Türkiyə Sənaye və Texnologiya Nazirliyindən verilən məlumata görə, təqdimat mərasimi İstanbul Atatürk Mədəniyyət Mərkəzində Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə olacaq.
HİT-30 Proqramı Türkiyəni gələcəyə daşıyacaq texnologiya sərmayələrini sürətləndirməyi və ölkənin texnologiya inkişafını və yüksək əlavə dəyərli istehsal gücünü daha yüksək səviyyəyə çıxaracaq bir prosesi başlatmağı hədəfləyir. Yeni dəstək və təşviqlərin açıqlanacağı təqdimat toplantısında yerli və xarici şirkətlərin top menecerləri, xarici investorlar və iş dünyasının aparıcı nümayəndələri iştirak edəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...