Türkiyə XİN: Trampa qarşı törədilən sui-qəsd cəhdi həm də xalqın iradəsinə hücumdur
ABŞ-ın sabiq prezidenti və qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən biri olan Donald Trampa qarşı Pensilvaniyada seçkiqabağı kampaniya zamanı edilən hücumu ən sərt şəkildə qınayırıq.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Sözügedən sui-qəsd cəhdi həm də xalqın iradəsinə hücumdur. Demokratik siyasətə zorakılıq, dövlət çevrilişi və digər qeyri-qanuni yollarla müdaxilə qəbuledilməzdir”, - deyə bəyanatda vurğulanıb.
Nazirlik ABŞ-da keçiriləcək seçkilərin dinc şəraitdə başa çatacağına ümid etdiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...