22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyə XİN: Banqladeşdə müvəqqəti hökumətin konstitusiyaya uyğun seçkilər keçirəcəyinə ümid edirik

06-08-2024
IMG

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Banqladeşdə baş verən son hadisələrlə bağlı bəyanat yayıb.

Fhnews.az xəbər verir ki, bəyanatda Türkiyənin Banqladeşdə baş verənləri yaxından izlədiyi vurğulanıb.

“Nümayişlər zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Ümid edirik ki, qurulacaq müvəqqəti hökumət ölkəni konstitusiyaya uyğun şəkildə seçkilərə aparacaq və bu səsvermə qardaş Banqladeşin demokratiyasına, sülh və sabitliyinə töhfə verəcək”, - deyə Türkiyə XİN bildirib.

Paylaş: