Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı əməliyyatları davam etdirir
Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında terrorçulara qarşı aparılan hava əməliyyatları davam edir.
Fhnews.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin
məlumatına görə, əməliyyatlar zamanı İraqın şimalındaki Metina, Hakurk, Qara və Qəndil bölgələrində və Suriyanın şimalında mağara, bunker, sığınacaq və neft obyektləri olmaqla terrorçulara aid 29 hədəf məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib.
Yanvarın 12-də İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə hücum edən terrorçulara qarşı genişmiqyaslı əməliyyat başladılıb. Bununla bağlı nazirlikdən verilən digər məlumata əsasən, bölgədə indiyədək zərərsizləşdirilən terrorçuların sayı 20-yə çatıb.
Xatırladaq ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə terror hücumu zamanı 9 hərbçi şəhid olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...