22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyə səmasında 80 min ildə bir dəfə görülən kometa

30-09-2024
IMG

Alimlərin fikrincə, 80 min ildən sonra ilk dəfə adi gözlə görülə bilən C/2023 A3 kometası Türkiyədə səmada görünməyə başlayıb. Astrofotoqraflar həyatlarında bir dəfə şahid olacaqları bu təbiət hadisəsini çəkmək üçün gecə boyu Kastamonuda müşahidə aparıblar.

Təxminən 80 min il orbital dövrə malik olan C/2023 A3 (Tsuchinshan-ATLAS) kometası cümə günü günəş doğmadan əvvəl şərq üfüqündə durbin və teleskoplarla müşahidə oluna bilər, lakin Günəşə yaxın olduğu üçün bir müddət sonra yenidən adi gözlə görünəcək. 

Bundan əlavə, bəzi alimlərin proqnozlarına görə, oktyabrın 8-13-də Günəşə ən yaxın gələcək olan kometanın Günəşin istiliyi və günəş küləkləri səbəbindən həddindən artıq istiləşməsi və parçalanması ehtimalı var. Kometa parçalanmasa oktyabrın ortalarından gün batdıqdan sonra qərb üfüqündə yenidən müşahidə olunacaq.

Paylaş: