Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazdan
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Möhtərəm Mehriban xanım,
Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını Türk milləti adından və şəxsən öz adımdan ən səmimi hisslərimlə təbrik edirəm.
Novruzun rəmzi olan sevgi, birlik və qardaşlığı ölkələrimizdən və bölgələrimizdən kənara bərabər çatdırmaq ümidi ilə Zati-alinizə sağlamlıq, xoşbəxtlik və uğurlar, dost və qardaş Azərbaycan xalqına isə firavanlıq və əmin-amanlıq dolu bir il arzulayıram.
Cevdet Yılmaz
Türkiyə Respublikasının vitse-prezidenti
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...
Kambocanın Kralı Əlahəzrət Norodom...
Özbəkistan Respublikasının Prezidenti...