Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək
Türkiyədən Qəzza zolağına humanitar yardım daşıyan sayca doqquzuncu gəmi bu gün Mersin limanından yola düşəcək.
Fhnews.az xəbər verir ki, 3 774 ton həcmində olan yardım Türkiyənin Qızıl Ay cəmiyyəti xətti ilə toplanıb. Gəmi təxminən 40 saatdan sonra dəniz nəqliyyatı baxımından Qəzzaya ən yaxın bölgə sayılan Misirin El-Ariş limanına çatacaq.
Daha sonra humanitar yardım yük maşınları ilə “Rəfah” sərhəd qapısına daşınacaq və Fələstin tərəfinəə təhvil veriləcək.
Türkiyənin Qızal Ay və AFAD təşkilatları, son aylarda Fələstinə 13 təyyarə və 8 səkkiz gəmi ilə ümumilikdə 39 min 697 ton humanitar yardım göndərib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...