Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 18-də dünyada münaqişələrin alovlanmasında su mənbələri ilə bağlı mübahisələrin roluna diqqət çəkib.
Fhnews.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyənin dövlət kredit təşkilatı “Ziraat Bankı”nın təşkil etdiyi kənd təsərrüfatı ilə bağlı iclasda çıxışında vurğulayıb: “Asiya, Amerika, Şimali Afrika və Yaxın Şərqdə bir çox münaqişələr su mənbələri ilə bağlı mübahisələrdən qaynaqlanır”. O, həmçinin iqlim dəyişikliyinin mənfi təsirlərinə və onların su ilə bağlı münaqişələrdə artan roluna toxunub. Türkiyə Prezidenti deyib: “İqlim dəyişikliyinin mənfi təsirləri səbəbindən su mənbələri və su anbarları münaqişə zonalarına çevrilir”.
Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında 2022-ci ildə imzalanmış Qara dəniz “Taxıl sazişi” haqqında danışam Ərdoğan qeyd edib: “Türkiyə başda olmaqla həyata keçirilən Qara dəniz “Taxıl sazişi” olmasaydı, bir çox bölgələr, xüsusən Afrika ölkələri aclıqdan əziyyət çəkəcəkdi. Prezident vurğulayıb ki, Türkiyə COVID-19 pandemiyası və Ukraynadakı müharibə şəraitində 33 milyon ton taxılın Bosfor və Dardanel boğazlarından keçməsini təmin etməklə, onsuz da gərgin olan vəziyyətin daha da pisləşməsinin qarşısını alıb”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...