Türkiyə Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın dörd ölkəyə səfərləri müzakirə ediləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı Qazaxıstan, Azərbaycan, ABŞ və Şimali Kipr Türk Respublikasına səfərləri ilə bağlı məsələ qardaş ölkənin Nazirlər Kabinetinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək.
Fhnews.az xəbər verir ki, hökumət üzvlərinə dövlət başçısının iyul ayında baş tutacaq səfərləri və onların Türkiyənin maraqları baxımından əhəmiyyəti barədə məlumat veriləcək.
Türkiyə Nazirlər Kabinetinin iclasında, həmçinin Yaxın Şərqdə baş verən hadisələr, terrorizmlə mübarizə, iqtisadi vəziyyət və məhkəmə sistemində islahatlar məsələləri də müzakirə olunacaq.
İclasda iyulun 2-nə keçən gecə dövlət başçısı tərəfindən təyin edilmiş iki yeni nazir də ilk dəfə iştirak edəcək. Hökumətin yeni üzvləri ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və səhiyyə naziri Kemal Memişoğludur.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...