Türkiyə Müdafiə Nazirliyi: Kipr türklərini heç vaxt tək qoymayacağıq
Türkiyə Kipr türklərini heç vaxt tək qoymayıb və qoymayacaq.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Kiprdə sülhməramlı əməliyyatın başlanmasının 50-ci ildönümü ilə əlaqədar şənbə günü sosial şəbəkələrdə paylaşdığı məlumatında deyilir.
Nazirlikdə vurğulayıblar ki, Türkiyə ordusunun müdaxiləsi sayəsində yarım əsr əvvəl “Kipr türklərinin qeyri-insani qətlləri” dayandırılıb və adada sülh, təhlükəsizlik və əmin-amanlıq bərqərar olub.
“Türkiyə Silahlı Qüvvələrinin Kiprdəki sülhməramlı əməliyyatı zamanı həlak olan bütün şəhidlərin xatirəsini dərin ehtiramla yad edir, qazilərə cansağlığı və uzun ömür arzulayırıq”, - deyə bəyanatda vurğulanır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...