Türkiyə “KAAN” ilə 5-ci nəsil döyüş təyyarələri istehsal edən ölkələr arasında yerini aldı
Türkiyənin “KAAN” milli hərbi təyyarəsi bu gün ilk uçuşunu uğurla həyata keçirdi. Bununla da Türkiyə 5-ci nəsil döyüş təyyarələri istehsal edən ölkələr arasında yerini aldı.
Fhnews.az xəbər verir ki, Türkiyənin Aerokosmik Sənayesi tərəfindən həyata keçirilən ən mühüm texnologiya layihələrindən biri olan “KAAN”-ın uçuşu üçün bütün texniki və laboratoriya sınaqlarını tamamlanıb.
Ötən il martın 17-də “KAAN” ilk dəfə uçuş-enmə zolağına çıxarılıb. Bunun ardından Türk mühəndisləri tərəfindən son 9 ayda təyyarənin səmaya qaldırılması üçün hazırlıqlar aparılıb. Dizaynı və istehsalı ilə Türkiyənin yerli məhsulu olan “KAAN”-ın qanadlarının uzunluğu 14, hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Təyyarənin kokpiti bir pilot üçün nəzərdə tutulub.
Qoşa mühərriki, yüksək manevr qabiliyyəti, radardan yayınması, gəmidə silah daşıma və elektron döyüş qabiliyyətləri bu hərbi hava vasitəsinin ən diqqət çəkən xüsusiyyətləridir. Hər cür hava və yer hədəflərinə strateji hücum imkanı yaradacaq təyyarə yüksək döyüş məsafəsi və supersonik sürətlə dəqiq atəş xüsusiyyətləri ilə də fərqlənir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...