Türkiyə istehsalı olan “Hürjet” İspaniyanın təlim təyyarələrini əvəzləyə bilər
Türkiyənin Aviasiya və Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal edilən milli hərbi təlim təyyarəsi “Hürjet” İspaniyanın F-5-ni əvəz edə bilər.
Fhnews.az xəbər verir ki, “Hürjet” təyyarəsi tenderdə iştirak məqsədilə İspaniyaya səfər edib. Bu, “Hürjet”in Türkiyədən kənara ilk uçuşudur.
Türkiyənin milli istehsalı olan təyyarənin tenderdəki mümkün rəqibləri arasında ABŞ-ın “Boeing” şirkəti tərəfindən hazırlanmış “T-7A Red Hawk”, Cənubi Koreyada yerləşən Korea Aerokosmik Sənayenin (KAI) istehsalı olan “T-50” və mərkəzi İtaliyada yerləşən “Leonardo” şirkətinin “M-346” təlim təyyarələri yer alır.
TUSAŞ-dan verilən açıqlamada istehsalı tamamlanan ilk təyyarələrin Türkiyənin hərbi donanmasının inventarına daxil ediləcəyi bildirilir.
Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin sifarişi ilə 17 milli “Hürjet” təlim təyyarəsinin istehsalına başlanılıb. Bu təyyarələrin 2026-cı ildə Orduya təhvil verilməsi nəzərdə tutulub. Bu proqram tamamlandıqdan sonra növbəti “Hürjet”lərin “Türk Ulduzları” aviaqrupuna verilməsi planlaşdırılır.
Qeyd edək ki, ilkin mərhələdə hərbi təlimlər üçün hazırlanan “Hürjet”in yüngül hücum təyyarəsi kimi inkişafı istiqamətində işlər görülür. Saatda sürəti 1700 kilometrədək olan təyyarə ehtiyac yaranacağı təqdirdə, 2 tondan artıq silah-sursat daşımağa qadirdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...