22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyə ilə Azərbaycan arasında imzalanan beynəlxalq müqavilə

12-01-2024

25 dekabr 2023-cü il tarixində Ankarada Türkiyə ilə Azərbaycan arasında imzalanan və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən beynəlxalq müqavilə olan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Qrant Sazişi” ölkənin “Rəsmi Qəzet”ində dərc olunub.

Qərarda tərəflərin iki ölkə arasındakı mövcud qardaşlıq və dostluq əlaqələrinin "Bir millət, iki dövlət" anlayışı əsasında artırılması və möhkəmləndirilməsinə dair razılığa gəldiyi vurğulanır. Müqavilə “Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təsərrüfatı Tədris Mərkəzi və Tinglik Müəssisəsi” layihəsi üçün əsas prinsipləri və qrantları tənzimləyir. 

Qeyd edək ki, “Rəsmi Qəzet” 7 oktyabr 1920-ci ildə qurulan və 7 fevral 1921-ci ildə nəşr olunmağa başlayan, Türkiyə Böyük Millət Məclisi, prezident, nazirliklər və publik hüquqi şəxslər tərəfindən çıxarılan qanunları, fərmanları, əsasnamələri, ümuminamələri və digər qanunları dərc edən Türkiyənin rəsmi mətbu orqanıdır.

Paylaş: