22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyə COP29-da uzunmüddətli İqlim Dəyişikliyi Strategiyasına dair qərarlarını açıqlayacaq

09-11-2024
IMG

Türkiyənin Uzunmüddətli İqlim Dəyişikliyi Strategiyasının yol xəritəsi Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin 29-cu Konfransında (COP29) açıqlanacaq.

İqlim Dəyişiklikləri Təşkilatının prezidenti professor  Halil Hasar Türkiyənin COP29-da gördüyü işlərlə bağlı qiymətləndirmələr edib. İqlimin təkcə hava şəraitinin dəyişməsi ilə bağlı bir anlayış olmadığına diqqət çəkən Hasar dəyişikliyin bütün sferada sosial və iqtisadi cəhətdən dərindən təsir etdiyini söyləyib.

Ötən ilki COP28-də enerji sektorunun ön plana çıxdığını xatırladan Hasar  COP29-da danışıqların əsas gündəminin Yeni Kollektiv Kəmiyyət Hədəfinin olacağını bildirib.

Hasar "Beləliklə, iqlim maliyyəsi müzakirə olunacaq. İnkişaf etmiş ölkələrin 2025-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 100 milyard dollarlıq iqlim maliyyəsi təmin etmək öhdəliyi var idi. Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bu məbləğin yenilənməsini, yəni daha da artırılmasını gözləyirik"-deyib. 

Türkiyənin təkcə inkişaf etməkdə olan ölkə deyil, həm də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü olduğunu vurğulayan Hasar Türkiyənin yaşıl transformasiyası üçün lazım olan xarici maliyyələşdirməni və iqlim dəyişikliyi ilə mübarizədə atdığı addımları da vurğulayıb.

Halil Hasar  COP29-da Türkiyə Pavilyonunda başda iqlim dəyişikliyi və sıfır tullantı olmaqla bir çox panellə tədbirlərin keçiriləcəyini bildirib.

Paylaş: