Türkiyə altıncı nəsil döyüş təyyarələri istehsal edəcək
Beşinci nəsil “KAAN” qırıcısından sonra Türkiyə altıncı nəsil döyüş təyyarəsi istehsal etməyə hazırlaşır.
Fhnews.az xəbər verir ki, “KAAN” təyyarəsini hazırlayan TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii) kompaniyasının Baş direktoru Temel Kotil bunu TRT Haber telekanalında müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə qırıcılar üçün mühərrik hazırlanmasında Ukrayna şirkətləri ilə əməkdaşlıq edir. “Gələcəkdə tam yerli mühərrik də istehsal olunacaq. Hazırda bu istiqamətdə iş gedir və ümid edirik ki, təyyarənin silahlanmaya qəbul olunacağı vaxtadək (2028-ci il) onları yerli mühərriklə təchiz edə biləcəyik”, - deyə Temel Kotilin bildirib.
Kompaniyasının Baş direktoru hazırda yeddi döyüş təyyarəsinin yığıldığını və 2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə 20 qırıcının təhvil veriləcəyini deyib.
Qeyd edək ki, beşinci nəsil “KAAN” qırıcısı ilk sınaq uçuşunu fevralın 21-də uğurla həyata keçirib. Təyyarə üzərində işlər 2017-ci ildə TUSAŞ-ın Milli Döyüş Təyyarələri proqramı çərçivəsində başlayıb. Türkiyəli ekspertlərin fikrincə, gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 qırıcılarını əvəzləyəcək “KAAN” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 qırıcılarını üstələyir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...