Türkiyə Ali Məhkəməsinin Baş prokuroru: İqlim dəyişmələri dünyanın, insanlığın ən böyük problemlərindən biridir
Qardaş Azərbaycanın COP29 çərçivəsində belə bir tədbiri keçirməsi çox qürurvericidir. Bu konfrans qardaş ölkə Azərbaycanın dünyaya tanıdılmasında böyük rol oynayır.
Fhnews.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində COP29-da iştirak edən Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk deyib.
M.Şentürk iqlim dəyişmələrində 50-60 il öncə problemlərin olmadığını deyərək qeyd edib: "Amma indi iqlim dəyişmələri dünyanın, insanlığın ən böyük problemlərindən biridir. Bu günlərdə İspaniyada baş verən sel fəlakəti nəticəsində 300 nəfər dünyasını dəyişdi. Həqiqətən də get-gedə qlobal temperaturu artan, quraqlaşan dünyanı müşahidə edirik. Yağışlar şiddətli və lokal şəkildə yağır. Sel fəlakətləri baş verir. İqlim dəyişmələri insan hüquqları probleminə çevrilib. Bu problemlərin müzakirə olunduğu COP29 konfransının əhəmiyyətini yüksək qiymətləndirirəm. Bu məsələdə hüquq mübarizə metodu kimi istifadə edilə bilər".
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...