Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir
Türkiyə parlamentinin mülki aviasiya qanunlarına etdiyi dəyişikliklər nəticəsində hava limanlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir.
Fhnews.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bundan sonra hava limanının əməkdaşları aeroportdan verilən yazılı əmr əsasında təhlükəsizlik qüvvələrinin nəzarəti altında insanlara və onların baqajlarına vizual baxış keçirə biləcəklər.
Dəyişikliklərə əsasən, xüsusi qurğularla yoxlama hər hansı səbəbdən başa çatmadıqda sərnişinin özü və əşyaları əl ilə yoxlanılacaq. Buna razılıq verməyən sərnişinlərin hava limanına daxil olmasına və ya təyyarəyə minməsinə icazə verilməyəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...