Türk tədqiqatçılar xəstəliklərə erkən diaqnoz qoyan texnologiya hazırlayıblar
Türk tədqiqatçıları tərəfindən xəstəliklərə erkən diaqnoz qoyan texnologiya hazırlanıb.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, Bilkent Universiteti Milli Nanotexnologiya Araşdırma Mərkəzində (UNAM) lif sensor texnologiyasından istifadə edərək ürək döyüntüsü və damar elastikliyi kimi sağlamlıq məsələlərini eyni vaxtda ölçərək erkən diaqnoz qoymağa imkan verən və geyilən texnologiya hazırlayıb.
Türkiyənin yeganə optik fiber və sensor lif preform istehsal infrastrukturuna malik olan UNAM-ın əsas tədqiqatçılarından biri Dr.Mustafa Ordu daşınan sağlamlıq texnologiyaları üzərində həyata keçirdikləri layihə ilə bağlı açıqlama verib. O, UNAM-da aparılan tədqiqatda istifadə edilən piezoelektrik və triboelektrik liflərin bir anda kilometrlərlə uzunluqda istehsal etmək qabiliyyətinə malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu liflər müdafiə sənayesindən tutmuş, müxtəlif sənaye sahələrinin ehtiyaclarını ödəmək üçün istehsal edilib. Laboratoriyada inkişaf etdirdiyimiz “elektrik istehsal edə bilən elastik liflər” layihəsi ilə geyilə bilən texnologiyalar üzərində araşdırma aparılır. Liflərdən və iki ölçülü materiallardan ağıllı sensorlar hazırlanıb.
Tədqiqatçı qeyd edib ki, hazırlanan yeni texnologiya digərindən bir az daha təkmildir: “Əvvəlki texnologiyamızda trikotaj lifdən istifadə edən bir sistem yaratmışdıq, lakin yeni texnologiyamızla tək bir liflə ölçmə apara bilirik. Tək liflə ürək döyüntüsü, qandakı sistolik-diastolik dəyərlər, ürək-damar yaşlanması, damar elastikliyi və tənəffüs ölçülə bilir. Biz sağlamlıq məsələlərini eyni vaxtda ölçə bilən bir texnologiya yarada bildik.
Yeni yaradılan texnologiya elektrik enerjisini özü istehsal edir
Tək lifdən ibarət olduğu üçün taxıla bilən texnologiyanın çəkisi bir qramdan azdır. Texnologiyanın əhəmiyyətli bir xüsusiyyəti əlavə güc tələb etməməsidir. Nəbz üzərində yerləşdirilən tək lif sayəsində sistem bilək və ya təzyiq hərəkətləri ilə öz elektrik enerjisini istehsal edə bilir. Bu siqnal simli və ya simsiz ötürülə bilər. Sağlamlıq məlumatları sistemlər vasitəsilə kompüterə və ya telefona ötürülərək müntəzəm olaraq izlənilə bilir.
Sistem damara girmədən xaricdən ölçmə qabiliyyətinə malikdir, hətta paltarın üstündən də xəstəlikləri təsbit edə bilir. Məsələn, qolbaq kimi istifadə edilərkən dəri ilə birbaşa təmasda olmasına ehtiyac yoxdur.
Texnologiyanın xəstəxanalarda istifadə edilməsi hədəflənib. Bu texnologiya, xüsusilə reanimasiya şöbələri və qabaqcıl cərrahi əməliyyatlar zamanı damara girmədən fasiləsiz ölçmə üstünlüyü ilə seçiləcək və səhiyyə sektoruna əhəmiyyətli qatqı təmin etmək potensialına malikdir.
Tədqiqatçılar Hacettepe Universiteti ilə sınaq keçirəcəklər
Ağıllı saata bənzər sağlamlıq texnologiyaları nəbzin sürətini optik sistemlərlə ölçür və bu, əlavə güc tələb edir. Texnologiyanın əlavə güc tələb etməməsi bir yenilikdir. Bu, bizə qənaət təmin edir. Gələcəkdə burada istifadə etdiyimiz liflər bilək hərəkətlərinin verdiyi enerji ilə özlərinin elektrik ehtiyacını təmin edə biləcəklər. Bununla bağlı araşdırmalar davam etdirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...