Türk dünyası sənətdə də ortaq dili gücləndirəcək
Başda əlifba olmaqla bir çox mövzuda ortaq istifadə sahələrini həyata keçirən türk dövlətləri sənət sahəsində də sözlərlə ortaq sənət lüğəti və ortaq marş layihələri həyata keçirəcək.
Lüğət araşdırması ilə bağlı açıqlama verən Türk Dövlətləri İncəsənət Universitetləri Birliyinin rəhbəri , Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru professor Erhan Özden sənət sahəsində ensiklopedik bir araşdırma aparılacağını bildirib.
Bu, incəsənətin bütün sahələrində ortaq ədəbiyyat təmin etmək məqsədi ilə hazırlanmağa başlanmış lüğətdir. Özdenin dediyinə görə, bu həm də hər hansı bir sənət sahəsindəki terminləri bütün Türk Dövlətlərində və gələcəkdə istifadə olunan sözlərlə birləşdirmək, ortaq bir söz, ortaq məxrəc, bir sözlə, ortaq bir terminologiya məqsədi ilə ortaya çıxan bir əsər olacaq.
Müstəqil sənət sahələrində lüğət yaradılacağını bildirən Özden ensiklopediyanın hər sahəsinin fərqli bir sənət sahəsinə aid lüğət olacağını açıqlayıb.
Bu lüğətdə yer alacaq və sənətin ifadə gücünü ortaya qoyan sözlərin türkcə qarşılıqlarına diqqət çəkən Özden ortaq dil birliyi ilə paralel olaraq ortaq bir sənət ədəbiyyatı və sənət dili birliyi qurmağı hədəflədiklərini qeyd edib.
Lüğətlə yanaşı üzv ölkələri təmsil etmək üçün ortaq himn çalışmalarının da olduğunu bildirən Özden hər ölkənin öz kimliyini əks etdirən himninin olduğunu, ortaq marşda türk millətinin bənzərsiz quruluşunun ilham aldığını ifadə edib.
Özden "Türk Dövlətlərinə mənsub soydaşlarımızın anlayacağı dildə yazılmış, bizi ruhlandıracaq bir marşdır. Yəni milli-mənəvi hisslərimizi gücləndirəcək, milli-mənəvi hisslərimizi üzə çıxaracaq ortaq bir himn olacaq.”-deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...