Tümendə üç mindən çox insan təxliyə edildi
Rusiyanın Tümen vilayətində daşqın zonasından üç mindən çox insan təxliyə edilib, 418 nəfər müvəqqəti yaşayış mərkəzlərinə yerləşdirilib.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
“Ümumilikdə, Tümen vilayətində 17 yaşayış məntəqəsi və 4 bağçılıq qeyri-kommersiya birliyində 98 ev, 444 bağ evi, həmçinin 646 şəxsi torpaq sahəsini su basıb, 418 nəfər müvəqqəti yaşayış mərkəzlərinə yerləşdirilib, onlardan 130 uşaqdır”, - mətbuat xidmətindən bildirilib.
FHN-də əlavə ediblər ki, işlərə cəlb olunan qüvvə və vasitələrin ümumi qrupu 3,1 min nəfər və 742 texnikadan ibarətdir.
Aprelin 20-də TASS əməliyyat xidmətləri 717-si uşaq olmaqla, 2801 nəfərin təxliyə edildiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...