Tur şirkətləri Whakaari vulkanının püskürməsindən sonra 7,8 milyon dollar təzminat ödəyəcək
2019-cu ildə Yeni Zelandiyada 22 nəfərin öldüyü Whakaari (Ağ Ada) vulkanı püskürməsi ilə bağlı işdə günahkar bilinən tur şirkətləri və menecerlərinə turistlərin təhlükəsizliyə etinasızlıq göstərdikləri üçün 7,8 milyon dollar təzminat ödənilməsinə qərar verilib. Yeni Zelandiyada yerləşən 13 şirkət və şəxsin təqsirli bilindiyi Whakaari vulkanının püskürməsi ilə bağlı Oklenddə keçirilən işdə hökm elan edilib.
Hakim Evangelos Thomas günahkar bilinən tur şirkətləri və onların menecerlərinin turistlərin təhlükəsizliyinə etinasızlıqlarına görə ümumilikdə 7,8 milyon dollar təzminat ödəməli olduğuna qərar verib.
Tomas adanın sahibləri olan "Whakaari Management Ltd." holdinqin adaya təşkil etdiyi turlardan böyük qazanc əldə etdiyini ifadə edərək, cəzanın ən böyük hissəsini ödəyəcək şirkətin qurbanlara və onların ailələrinə 2,97 milyon dollar təzminat ödəməsi qərara alındı.
Davanın qurumların asanlıqla təhlükəsizlik pozuntularını törədə biləcəyinə bir nümunə olduğunu vurğulayan Tomas Yeni Zelandiyada yer elmi və izotop araşdırması və məsləhət xidmətləri göstərən "GNS Science" adlı dövlət təşkilatını da helikopter pilotları ilə risklərin qiymətləndirilməsini paylaşmadığı üçün 33 min dollar cərimələyib.
Xatırladaq ki, məşhur turizm məkanı olan adada 2019-cu ilin dekabr ayında Whakaari vulkanı püskürmüş, təbii fəlakət nəticəsində 22 turist həlak olmuş, 25 nəfər ağır yaralanmışdı.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...