Tunisin dəniz mühafizəsi 14 balıqçını yanan qayıqdan xilas edib
Tunisin dəniz mühafizə dəstələri ölkənin şərqindəki Monastır əyalətinin sahillərində qayığı alovlanan 14 balıqçını xilas edib.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, yanğınla bağlı Sousse limanının nəzarət qülləsinə məlumat çatdırılıb. Yardım məqsədilə hadisə yerinə yaxın olan bir qrup balıqçı kömək göstərib. Yanğını söndürmək, zədələnmiş qayığın bütün heyətini təxliyə etmək üçün dərhal Monastırın dəniz mühafizəsinə məxsus iki hərbi-dəniz bölməsi göndərilib. Onları Tebulba balıqçı limanına aparıblar.
Balıqçılar xilas edildikdən sonra dərhal yerli xəstəxanaya çatdırılıblar.
Monastır Məhkəməsi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...