22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tunisdəki Zeytunə Məscidi dünyanın ilk universitetlərindən biri hesab olunur

10-06-2024
IMG

Şimali Afrikanın İslam elminin ən əhəmiyyətli mərkəzlərindən biri olan Tunisdəki Zeytunə məscidi düzbucaqlı minarəsi və orijinal sütunları ilə bu günə qədər memarlıq şah əsəri olaraq qalır. Paytaxt Tunisin ən qədim yaşayış massivlərindən birində zeytun bağları olan təpənin üzərində tikildiyi üçün “Zeytunə” adlandırılan tarixi məscid dünyanın ilk universitetlərindən biri hesab olunur. "Zeytunə" Tunisin ən böyük və ən qədim məscididir. O, Maliki məzhəbinə bağlı bir məsciddir. Bu, Tunisdə Üqbə İbn Nafi məscidindən sonra ikinci ən qədim məscid sayılır.
Bu məscid miladi 698-ci və hicri 79-cu ildə Hisan İbn Numanın göstərişi ilə tikilmişdir. Ubeydullah İbn Həbhab, miladi 732-ci ildə bu məscidin tikintisini başa çatdırmışdır.
"Zeytunə" məscidi 5000 kvadratmetr sahədə tikilib və 9 qapılıdır. Onun daxili zalında əvvəlcə Tunisin qədim Karfagen şəhərindən bu məscidə köçürülmüş 184 sütun var.
İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının məlumatına görə, bu məscidin ən məşhur məzunlarından biri ərəb dünyasının ilk ictimai tarixçisi olan böyük ərəb tarixçisi İbn Xəldundur. Tunis Böyük şairi Əbul-Qasim əş-Şabi də bu məscidin məzunudur.

Paylaş: