Tunis dörd ayda 21,5 mindən çox miqrantın İtaliyaya keçməsinin qarşısını alıb
Tunis rəsmiləri 2024-cü ilin ilk dörd ayı ərzində 21500-dən çox qanunsuz miqrantın Aralıq dənizi vasitəsilə İtaliyaya keçmək cəhdlərinin qarşısını alıb.
Fhnews.az “Tunis Afrique Press” agentliyinə istinadla xəbər verir ki, ölkənin Milli Qvardiyasının mətbuat katibi Tunis Dəniz Mühafizəsi bölmələrinin bir gündə 751 qeyri-qanuni miqrasiyaya müdaxilə etdiyini bildirib.
Xatırladaq ki. Mərkəzi Aralıq dənizi sahillərində yerləşən Tunis Avropaya immiqrasiya üçün ən populyar tranzit məntəqələrindən biridir. Hakimiyyət orqanları problemi həll etmək məqsədilə ciddi tədbirlər görsələr də, İtaliyaya keçən qeyri-qanuni mühacirlərin sayı artmaqdadır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...