Tullantıların içərisindən tapılan sənədlər və avtomobil nömrələri polisə təhvil verilib
“Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrindən olan Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilən tullantılar çeşidlənərkən içərisindən xeyli sayda sənədlər və nəqliyyat vasitələrinə aid dövlət nömrə nişanları tapılır. Tapıntıların sahiblərinə qaytarılması məqsədilə “Tap qaytar” layihəsi həyata keçirilir.
Fhnews.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, layihə çərçivəsində tapılan 85 şəxsiyyət vəsiqəsi, 5 sürücülük vəsiqəsi, 5 avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi, 2 diplom, 10 xarici pasport və 4 avtomobil dövlət nömrə nişanı, 5 hərbi bilet, 6 doğum haqqında şəhadətnamə, 6 təhsil haqqında şəhadətnamə, 2 əmək kitabçası Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna təhvil verilib.
Mövcud qaydalara görə, tapılan sənədlər 1 ay müddətində saxlanılır və həmin vaxt ərzində sahibi aşkar edilmədikdə vətəndaşın qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də müvafiq təşkilatlara göndərilir.
Qeyd edək ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu müasir texnologiyalar əsasında qurulub və 2012-ci ildən fəaliyyət göstərir. Ətraf mühitin mühafizəsinə xidmət edən zavod hər il min tonlarla tullantının təbiətə atılmasının qarşısını almaqla yanaşı, “Tap qaytar” layihəsi ilə xeyli insanı sevindirir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...