Trampa üçüncü sui-qəsdin qarşısı alınıb
ABŞ prezidentliyinə namizəd Donald Trampın Kaliforniyada keçirilən seçki mitinqindən əvvəl Trampa sui-qəsd cəhdində olduğu iddia edilən silahlı şəxs yaxalanıb.
Riverside County şerifi Çad Bianco mətbuata açıqlamasında bildirib ki, dünən Koaçella vadisində Donald Trampın seçki mitinqinin keçiriləcəyi ərazidən yarım kilometr aralıda polis nəzarət məntəqəsində saxlanılan avtomobilə baxış zamanı mitinq üçün saxta giriş kartı, qanunsuz yolla əldə edilmiş ov tüfəngi, tapança aşkar edilib.
Bianco qeyd edib ki, Vem Miller adlı 49 yaşlı şübhəlinin sağçı anti-hökumət təşkilatının üzvü olduğu və Trampı öldürməyi planlaşdırdığı güman edilir.
Yerli mətbuatın verdiyi məlumata görə, saxlanılan Miller daha sonra qanunsuz silah saxlamaq ittihamı ilə mühakimə olunana qədər 5 min dollar girov müqabilində sərbəst buraxılıb.
Yerli mənbələr Millerin Kaliforniya Universitetində magistr dərəcəsi aldığını və 2022-ci ildə Nevada Senatına namizədliyini irəli sürdüyünü yazıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...