Topqapı sarayında gecə turları başlayır
Türkiyə Milli Saraylar İdarəsinin tabeliyində olan Topqapı Sarayı muzey olaraq fəaliyyətə başladığı 1924-cü ildən bu yana tarixində ilk dəfə gecə saatlarında ziyarətçilərin istifadəsinə veriləcək.
Cecə saatlarında Topkapı Sarayını kəşf etmə fürsəti təqdim edən proqram sabah başlayacaq. Yeni tətbiq ilə Topkapı Sarayı hər şənbə 21.00-23.00 arasında ziyarət edilə bilər.
Saraya gecə ziyarətləri qrup halında həyata keçiriləcək. Birinci qrup sabah saat 21.00-da, ikinci qrup isə saat 22.00-da qəbul olunacaq. Qrupların 300 nəfərdən çox olmamasına diqqət yetiriləcək.
Tarix həvəskarlarını keçmişə səyahətə çıxaracaq gecə turlarının başlanğıc və bitiş nöqtəsi Bab-ı Hümayun olacaq. Tur çərçivəsində ikinci həyətdə yerləşən Divan-ı Hümayun, Kubbealtı və Saray Saatları Qalereyasını da görmək olar.
Hərəm bölməsində Karaağalar Məscidi, Karaağalar Daşlı, Cariyələr Dəhlizi, Validə Sultanın Mənzili, Hünkar Hamamı,bu yaxınlarda yeni sərgi tərtibatı ilə ziyarətçilərin istifadəsinə verilən III Murat Has Otağı, Gözdələr dairəsi və Kuşhane Mətbəxi ziyarət edilə bilər.
Gecə ziyarətləri çərçivəsində Topkapı Sarayının üçüncü həyətində yerləşən Təchizat Otağı, Müqəddəs Əmanətlər İdarəsi, Fatih Köşkü və Xəzinə Sərgisi də yenidən kəşf edilə bilər.
Topqapı Sarayının dünyaca məşhur Xəzinə Sərgisində yer alan Qaşıqçı Almazı, Topqapı Xəncəri və Qızıl Taxt kimi şah əsərlərini də görmək olar.
Sarayın gecə turu zamanı ziyarətçilər Hovuz Terrası ətrafında dolaşa və İftar Perqolasından İstanbulu seyr edə biləcəklər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...