22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tonqanın Baş naziri Kiçik ada dövlətlərinin maraqlarını prioritet etmək üçün həmrəyliyə çağırıb
 

13-11-2024
IMG

Dənizlərin səviyyəsinin yüksəlməsi ilə yaranan mövcud təhlükəni aradan qaldırmaq və qlobal temperatur artımını 1,5°C-də saxlamaq zəruridir.

Fhnews.az xəbər verir ki, bu fikirləri Tonqa Krallığının Baş naziri Siaosi Ofakivahafolau Sovaleni COP29 çərçivəsində İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) iqlim dəyişmələrinə həsr olunmuş Liderlər Sammitində səsləndirib.

O bildirib ki, Tonqa dəniz səviyyəsinin yüksəlməsinə dair 2023-cü il Bəyannaməsi və 2021-ci il Dəniz Zonasına dair Bəyannamə də daxil olmaqla, proaktiv addımlar atıb.

Baş nazir iqlim mobilliyi və dayanıqlı inkişaf üzrə Sakit Okean Regional Çərçivəsini də xatırladıb.

O, COP29-da qlobal temperaturun artımını 1,5°C-də saxlamaq da daxil olmaqla, Kiçik ada dövlətlərinin maraqlarını prioritet etmək üçün həmrəyliyə və liderliyə çağırıb.

Paylaş: