Tokioda keçmiş Baş nazirin iqamətgahında yanğın baş verib
Yaponiyanın keçmiş baş naziri Kakuei Tanakanın Tokionun mərkəzindəki iqamətgahı tamamilə yanıb.
Fhnews.az xarici mediaya istinadən xəbər verir ki, yanğın bu gün baş verib.
800 kvadratmetr ərazini əhatə edən yanğın təxminən iki saatdan sonra 20 yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.
Nəticədə ikimərtəbəli bina demək olar ki, tamamilə yanıb. Bundan əlavə, həmin ərazidə birmərtəbəli bina qismən yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Tanaka 1972-1974-cü illərdə Yaponiyanın baş naziri olub. Onun qızı Tanaka Makiko əvvəllər xarici işlər naziri olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...